25.11.2024, 02:20
AZ EN
27.02.2024, 17:01 209

Yeni səhvlər və təxribatlar Ermənistan üçün yeni fəlakət deməkdir

XƏBƏRLƏR
  • Ölkəmizə qarşı yeni təxribatlara yol vermək, Azərbaycana münasibətdə yanlış dəst-xəti davam etdirmək Ermənistan üçün yenə məğlubiyyətlər və yeni fəlakətlər deməkdir.

Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, dövlətimizin başçısının fevralın 26-da Xocalı sakinləri ilə görüşdə səsləndirdiyi fikirlər həm Ermənistana, həm də ona havadarlıq edən qüvvələrə ciddi mesajdır:

“Prezident Xocalı sakinləri ilə görüşəndə yaxın tariximiz, erməni işğalı və bu işğala qarşı xalqımızın mübarizəsi, habelə Vətən müharibəsi ilə bağlı mühüm fikirlər səsləndirdi. Dövlət başçısı vurğuladı ki, o zaman Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən, torpaqlarımızı işğal altında saxlayan Ermənistan da, onun himayədarları da hesab edirdilər ki, heç vaxt cəzalanmayacaqlar. Lakin 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri onları darmadağın etdi, işğaldakı torpaqlarımızı azad etdi. 2023-cü ilin antiterror tədbirləri isə Azərbaycan ərazisində separatizmə son qoydu, Xankəndi, Əsgəran, Xocalı və sair ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanmasını təmin etdi.

Prezident çıxışında diqqətə çatdırdı ki, vaxtilə Azərbaycan münasibətdə ciddi səhvlərə yol verən Ermənistan və onun himayədarları indi də səhv edirlər. Dövlət başçısı dedi ki, Ermənistan özünə yeni müttəfiqlər axtarmaq yerinə Azərbaycanın sülh səylərini dəstəkləməli, ölkəmizlə normal münasibətlər qurmalıdır. Yalnız bu şəkildə Ermənistan öz təhlükəsizliyini və rifahını təmin edə bilər.

Hesab edirəm ki, həm İrəvan, həm də Ermənistanın beynəlxalq platformadakı himayədarları Prezident İlham Əliyevin bu xəbərdarlığından ciddi nəticə çıxarmalıdır. Onlar başa düşməlidirlər ki, Azərbaycana qarşı təxribatları davam etdirmək Ermənistan üçün ancaq fəlakət vəd edir və onları bu aqibətdən kimsə xilas edə bilməyəcək”. (AZƏRTAC)

 

Oxşar xəbərlər