19.10.2024, 23:40
AZ EN
17.03.2023, 11:13 253

Qayıdışa dair 36,9 min məcburi köçkün ailə arasında sorğu keçirilib, razı olanlarla protokollar imzalanıb

XƏBƏRLƏR
  • Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən əhalinin geri qayıdışı ilə bağlı 45 min ailəni əhatə edəcək müvafiq sorğuların keçirilməsi üçün respublikanın 63 şəhər və rayonu ərazisində məskunlaşmış və ilkin mərhələdə salınması nəzərdə tutulmuş yaşayış məntəqələri (Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Şuşa, Tərtər, Xocavənd rayonları) üzrə 2022-ci il 18 yanvar tarixindən 20 dekabr tarixinədək 139,9 min nəfərdən ibarət 36,9 min məcburi köçkün ailəsi arasında sorğular keçirilib.

Bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd olunub ki, köçməyə razı olan məcburi köçkünlərlə Komitə arasında ilkin razılaşma protokolları imzalanıb. (APA)

Oxşar xəbərlər