22.11.2024, 07:56
AZ EN
28.12.2022, 11:41 339

Uşaqların arxasında gizlənən Ermənistan

XƏBƏRLƏR

Hər zaman danışdığı sözləri təkzib edən, özü-öz yalanını üzə çıxaran Ermənistan bu dəfə də özü-öz yalanını bir daha ifşa edib. Belə ki, Xankəndinə Xocalı istiqamətində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıların kontingentinin rəhbəri  Andrey Volkovla danışıqlar üçün yürüş edən erməni separatçıları əraziyə azyaşlı uşaqları da gətiriblər. Görüntülərdə azyaşlının guya asma xəstəsi olduğunu nümayiş etdirmək üçün əlinə dərman qutusu veriblər. Erməni separatçıları bununla sübut etməyə çalışıb ki, dərmanı bitmiş uşaq Azərbaycan tərəfinin Laçın yolunun bağlanmasına görə dərmanla təmin edilə bilmir, üstündən bir neçə saat keçməmiş erməni tərəfi özü-özünü ifşa edən video yayımlayıb. Belə ki, asma xəstəsi olduğu deyilən uşaq bu dəfə ocaq başında tüstünün yaxınlığında şüar səsləndirib.

Qeyd edək ki, Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarının dayandırılması tələb ilə keçirilən aksiya 17 gündür davam edir. Laçın-Xankəndi yolundan gün ərzində bir neçə təminat maşını maneəsiz olaraq hərəkət edir. Ərazidən Xankəndi xəstəxanasını dərmanla təmin edən Beynəlxalq Qızıl Xaç Komitəsinin yardım maşınlarının keçidi üçün də şərait yaradılmışdır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR