Bunu Şuşa sakini Ağayeva Sevda deyib.
Onun sözlərinə görə, 18-19 yaşında tələbə olarkən Şuşanı tərk etmək məcburiyyətində qalıb.
“Tələbəlik illərimin yarısında Şuşadan çıxmışdım. İndi isə bir müəllim kimi öz ailəmlə birlikdə doğma yurda qayıdıram.
Bizə bu günü yaşadan Ali Baş Komandanımıza dərin minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”, - deyə o bildirib. (Trend)