Belə ki, Qarabağ Universiteti Serbiyanın Novi Sad Universitetinin Fəlsəfə fakültəsində keçirilən “Zaman və məkan içində dillər və mədəniyyətlər” (“Languages and Cultures in Time and Space 12”) adlı XII beynəlxalq elmi konfransda iştirak edib.
Konfransda universitetin Pedaqoji fakültəsinin müəllimi Kənan Ağasıyev “Üç müharibə, üç kişi: Anna Jordanın “Geri qayıtmayanlar” əsərində ərdəmlik anlayışının yenidən nəzərdən keçirilməsi – müasir Britaniya səhnəsində gender, müharibə və identiklik” mövzusunda elmi məruzə ilə çıxış edib.
Tədbir çərçivəsində Kənan Ağasıyev müxtəlif Avropa ölkələrindən olan ədəbiyyatşünaslarla elmi-ədəbi müzakirələr aparıb, həmçinin gələcəkdə birgə tədqiqat layihələrinin reallaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Bu cür beynəlxalq təmsilçilik Qarabağ Universitetinin qlobal elmi məkanda fəal iştirakına və elmi nüfuzunun artmasına mühüm töhfə verir.
Tahirə AĞAMİRZƏ