12.09.2025, 11:40
AZ EN
25.08.2024, 18:00 263

“Qubadlının dahi təbibləri” rubrikası davam edir

XƏBƏRLƏR
  • Quliyev Vidadi Bayram oğlu 1958-ci il oktyabrın 14-də Qubadlı Rayonunun Qaralar kəndində anadan olmuşdur. O, 1965-ci ildə orta məktəbə gedib. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1975-ci ildə SSRİ Silahlı Qüvvələrində xidmət edib. 

Hərbi xidmətdən təxris olunduqdan sonra 1980-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub. İnstitutu bitirdikdən sonra 1986-cı ildə Akademik Topçubaşov adına Elmi -Tədqiqat Cərrahiyyə İnstitutunda ümumi cərrah ixtisası üzrə tam internatura keçib. 1987-ci ildən təyinatla Qubadlı Rayon Mərkəzi Xəstəxanasında cərrah - travmatoloq vəzifəsinə təyin olunub.  1992-ci ildə Qarabağ hadisələrindən sonra cərrahi şöbə ilə birlikdə tam şəkildə hərbi tibbi rota yaradılıb və orada aparıcı cərrah kimi fəaliyyətə başlayıb. Laçın, Zəngilan, Füzuli, Ağdam döyüşlərində iştirak edib. 1992-ci il 29 noyabr tarixində Laçın uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Kəllə-beyin travması, bədənində çoxlu sayda qəlpə yaraları diaqnozu ilə müalicə alıb. Müalicə bitdikdən sonra yenidən ön xətdə yerləşən 706 saylı hərbi hissədə tibb rotasının komandiri, 1995-ci ildən isə həmin hərbi hissənin tibb xidməti rəisi vəzifəsində çalışıb. Xidmət dövründə mayor rütbəsinə qədər yüksəlib. 

Dəfələrlə komandanlıq və Ali Baş Komandan tərəfindən mükafatlandırılıb. “Silahlı Qüvvələrin yaranmasının 10 illiyi” və qüsursuz xidmətlərinə görə orden və medallarla təltif olunub. 2004-cü ildə 45 yaşının tamam olması ilə əlaqədar ordu hissələrindən tərxis olunub. Sonra 2005-ci ildə Musa Nağıyev adına xəstəxananın neyro-travma şöbəsində neyro-cərrah vəzifəsinə təyin olunub. Bu dövrdə bir neçə dəfə neyro-cərrahiyyə üzrə ayrı-ayrı kurslarda iştirak edib. 2017-ci ilin yanvar ayına qədər bu vəzifədə çalışıb O, 3-cü qrup Qarabağ əlili idi.

Vidadi Quliyev 2017-ci il yanvarın 10-da dünyasını dəyişib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər