Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzi İctimai Birliyinin sədri, Cəbrayıl rayonundan olan jurnalist Seymur Verdizadə deyib.
S. Verdizadə bildirib ki, Milli Məclis seçkiləri həm də demokratik prinsiplərə uyğun, şəffaf və ədalətli keçirilməsi ilə diqqət çəkir: “Hazırda seçki prosesinin ən dinamik mərhələsi sayılan təşviqat mərhələsi davam etməkdədir. Bu mərhələdə namizədlərə həm ödənişli, həm də ödənişsiz təbliğat aparmaq üçün imklanlar yaradılıb. Onlar ölkənin ən məşhur 58 media subyektində öz təşviqatlarını qura bilərlər. Namizədlərə qapalı və açıq tipli məkanlarda seçicilərlə canlı görüşlər keçirmək üçün də şərait yaradılıb. Bütün bununla yanaşı onu da deməliyik ki, Azərbaycanda azad informasiya mühiti vardır. Ənənəvi media qurumları ilə yanaşı, yeni media platformaları da fəaliyyət göstərir. Sosial şəbəkələr namizədlərin təşviqat aparmaları üçün yeni platforma rolunda çıxış edir. Hər kəs öz platformasını istədiyi şəkildə auditoriyaya çatdıra bilir. Bir sözlə, indiki parlament seçkiləri bir tərəfdən işğaldan azad edilmiş əraziləri əhatə etməklə, digər tərəfdən isə demokratik mühitdə keçirilməsi ilə daha çox diqqət çəkir”.