Bunu Cəbrayıl sakini Gülhüseyn Bayramov deyib.
Onun sözlərinə görə, kiçik yaşlarında, 3 yaşında doğma Cəbrayılı tərk etmək məcburiyyətində qalıb. İndi isə artıq ailəsi ilə birlikdə 35 yaşında doğma yurda qayıdır.
“Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah prezidentimizi də var eləsin ki, bu anı bizə yaşatdı. Zəhməti olan hər bir şəxsə öz təşəkkürümü bildirirəm.
Körpəm indi səkkiz aylıqdır. İnşallah onu Cəbrayıldan hərbi xidmətə yola salacağıq”, - deyə o qeyd edib. (Trend)