24.12.2024, 00:22
AZ EN
19.02.2024, 11:27 307

Natiqin səsi hələ də qulağımdadı...

XƏBƏRLƏR
  • “Natiqin səsi hələ də qulağımdadı. Son vaxtlar tez-tez zəng edirdi və tezliklə zəfər qazanıb geri dönəcəyini söyləyirdi”. Bunları bu gün doğum günü olan qəhrəman şəhidimiz, əsgər Natiq Quliyevin anası deyir. Şəhid anası onu da bildirir ki, Natiq qorxu bilmirdi, sevinclə, fərəhlə deyirdi ki, 7 kəndi azad etmişik...    

Natiq Ramiz oğlu Quliyev 2001-ci il fevralın 19-da Sumqayıt şəhərində anadan olub. Sumqayıtda orta məktəbi bitirdikdən sonra 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Natiq Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Natiq Quliyev döyüşlərdə yaralanmasına baxmayaraq geri dönməyib oktyabrın 6-da Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Natiq Quliyev ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər