19.10.2024, 16:20
AZ EN
30.07.2024, 08:03 252

Şuşa sakini: Çox sevinirik ki, artıq bizə məcburi köçkün deyilməyəcək

XƏBƏRLƏR
  • Ömrümüzün ən gözəl çağları Şuşada keçib. Həyatın amansız sınaqları ilə üz-üzə qalsaq da, ümidimizi, inamımızı heç vaxt itirməmişik. Çox sevinirik ki, artıq bizə məcburi köçkün deyilməyəcək. Biz Şuşanın sahibləriyik, bundan sonra öz doğma yurdumuzda əmin-amanlıq içərisində yaşayacağıq.

Bu fikirləri Şuşa şəhərinə qayıdan keçmiş məcburi köçkün Firuzə Quliyeva deyib.

F.Quliyeva bu cür şərait və dəstəyə görə ölkə Prezidentinə dərin təşəkkürlərini bildirib: “Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!". (AZƏRTAC)

Oxşar xəbərlər