14.03.2025, 21:44
AZ EN
31.05.2024, 08:14 424

Keçmiş məcburi köçkün: Fərəh hissi keçiririk

XƏBƏRLƏR
  • Laçını 27 yaşımda tərk etmişdim. Yurdumuza xoş hisslərlə qayıdırıq, fərəh hissi keçiririk.

Bu sözləri Laçına köçən keçmiş məcburi köçkün Gülnarə Mirzəyeva deyib.

O, qeyd edib ki, həyatının unudulmaz anlarını yaşayır: “Otuz iki il sonra yurdumuza dönməyimizlə əlaqədar sevinc içindəyik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Qazi, şəhid ailələri haqlarını bizə halal etsin”.

“Əhd etmişdim ki, gedib Laçında yaşayım-yaradım, işləyim. Laçına həyat yoldaşım, oğlum, iki nəvəmlə qayıdıram. Laçını tərk edəndə övladlarımın 5-6 yaşı vardı, indi nəvələrimin 5-6 yaşı var.

Laçın üçün çox darıxmışdıq. Ora çatan kimi ilk olaraq dünyasını dəyişmiş doğmalarımızın məzarlarını ziyarət edəcəyik”, - G.Mirzəyeva deyib. (Report)

Oxşar xəbərlər