ANAMA-nın təlimlərində iştirakı təmin edilmiş Laçın və Kəlbəcər yaylaqlarına köç etməsi üçün müraciət etmiş 20 fermerin şəxsi təsərrüfatlarında olan 8094 baş xırdabuynuzlu, 570 baş iribuynuzlu, 53 baş təkdırnaqlı heyvan yaylaqlara köçürüləcəkdir. Bu il ötən illə müqayisədə yaylaqlara 4397 baş çox xırdabuynuzlu, 394 baş çox iribuynuzlu heyvan aparılacaqdır.
Həmin təsərrüfatlardan 17 fermerin 7011 baş xırdabuynuzlu, 463 baş iribuynuzlu, 45 baş təkdırnaqlı heyvanı Laçın rayonunun, 3 fermerin 1083 baş xırdabuynuzlu, 107 baş iribuynuzlu, 8 baş təkdırnaqlı heyvanı Kəlbəcər rayonunun yaylaqlarına aparılacaqdır.
Hazırda 1 fermer öz təsərrüfatını Laçın rayonunda onun üçün ayrılmış yaylaqlara yerləşdirib. Köç davam edir, heyvandarlıq təsərrüfatlarının yaylaqlara köçürülməsinin 10 iyunadək başa çatdırılması proqnozlaşdırılır.
Həmçinin rayonda 37 arıçı 1510 arı ailəsini işğaldan azad edilmiş ərazilərə köçürmək üçün müraciət etmişdir ki, bu da ötən ildəkindən 673 arı ailəsi çoxdur. Onlardan 32 arıçının 1302 arı ailəsinin Cəbrayıl rayonuna, 5 arıçının 208 arı ailəsinin Laçın rayonuna köçürməsi nəzərdə tutulub.
Qeyd edək ki, Cəbrayıl rayon İcra Hakimiyyəti və rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən yaylaqlara köç etmiş fermerlərlə müntəzəm əlaqə yaradılır, onların problemlərinin aradan qaldırılmasına köməklik göstərilir.
Hazırladı: Mina RƏŞİD