Qoruğun İdarə Heyətinin sədri Rüfət Mahmud jurnalistləri peşə bayramı münasibətilə ürəkdən təbrik edib, media nümayəndələrinin mədəni irsin qorunması və təbliğindəki əvəzsiz rolunu vurğulayaraq, göstərdikləri diqqətə, dəstəyə və əməkdaşlığa görə təşəkkürünü bildirib.
Sözügedən tədbir iştirakçılar arasında yer alan media nümayəndələrinin yaradıcılıq fəaliyyətinə həsr olunmuş xüsusi sərgi və əməkdar mədəniyyət işçisi Rahib Azərinin təqdimatında İçərişəhərdə fəaliyyət göstərən ev-muzeylərinə ekskursiya ilə davam edib. (Report)