Bunu Şuşa sakini Mirzəyeva Ayımgözəl deyib.
Onun sözlərinə görə, Şuşa uğrunda gedən döyüşlərdə yaxınlarını itirib. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin.
“35 yaşımda Şuşadan çıxmışam. Bundan sonra Şuşada xoş günlərlə yaşamaq istəyirəm.
Allah Prezidentimizi var eləsin ki, onun rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi. Biz də alnıaçıq öz yurdumuzda yaşayacağıq”, - deyə o qeyd edib. (Trend)