Bunu Şuşa sakini Ruslan İsmayılov deyib.
Onun sözlərinə görə, 24 yaşında əziz Şuşanı tərk etmək məcburiyyətində qalıb. Həmin illəri nostaljik hisslər olaraq xatirəsində qalıb.
“Çoxları Şuşaya gedəndə, gedib Cıdır Düzünə, İsa bulağına baxır. Amma biz gedəndə cığırları axtarırıq, keçmişi xatırlayan məkanları axtarırıq. Bizə bu günləri yaşadanların hər birinə öz dərin minnətdarlığımı bildirirəm”, - deyə o qeyd edib. (Trend)