10.06.2025, 01:04
AZ EN
31.10.2024, 09:36 307

Bu gün Dünya Şəhərlər Günüdür

XƏBƏRLƏR
  • 2014-cü ildən başlayaraq hər il 31 oktyabr Ümumdünya Şəhərlər Günü (World Cities Day) kimi qeyd olunur. Bu gün BMT Baş Assambleyasının müvafiq qətnaməsi ilə 2013-cü ilin dekabrında təsis edilib və dünya urbanizasiyası problemlərinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyır. Həmçinin qətnamədə bütün dünyada şəhərlərin davamlı inkişafını təmin etmək üçün bu proseslə bağlı problemlərin həllində imkanlardan istifadə edilməsi məqsədilə ölkələrin əməkdaşlığının gücləndirilməsindən bəhs olunur.

 Bu beynəlxalq bayram bəşəriyyətin yaratdığı ən qüdrətli və mürəkkəb əsərinə həsr edilib. Sirr deyil ki, istənilən şəhərin sosial-iqtisadi inkişafı onun urbanizasiyasından, burada insanların nə dərəcədə rahat və təhlükəsiz yaşamasından, ekologiyadan, infrastrukturun inkişaf səviyyəsindən, təklif olunan xidmətlərin keyfiyyətindən və s. asılıdır.

Ümumdünya Şəhərlər Gününün keçirilməsi üzrə ümumi mövzu “Yaxşı şəhər – yaxşı həyat”dır.

Şəhər sakinlərinin sayının sürətli artımı, həmçinin sənayeləşdirilmə sahəsində yeni imkanların açılmasını vəd edir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər