Bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında bildirib.
O, qazın onilliklər ərzində enerji təhlükəsizliyinin əsas sütunlarından biri olaraq qalacağını və vaxtında investisiyaların vacibliyini vurğulayıb: "Azərbaycandan Avropaya təbii qaz tədarükünün 2021-ci illə müqayisədə 56 %, Trans-Adriatik Boru Kəmərinin ötürmə gücünün isə 1,2 milyard kubmetr artırılması, eləcə də qaz təchizatı şəbəkəsinin Cənub-Şərqi Avropadan Yaxın Şərq və Mərkəzi Avropaya qədər genişləndirilməsi müsbət məqamlar kimi qeyd olunub".
Nazir bildirib ki, ötən il 25,2 milyard kubmetr qaz ixracının strukturunda Avropanın payının təxminən 51 %, Türkiyə, Gürcüstan və Suriyanın ümumilikdə payının isə 49 % təşkil edir: "Azərbaycan Avropa üçün etibarlı təchizatçıdır və qazımıza tələbat yüksək olaraq qalır. Lakin genişlənmə üçün tələbat tərəfdən institusional və maliyyə dəstəyi hələ də kifayət deyil". (Report)