22.09.2024, 02:42
AZ EN
15.05.2024, 11:38 269

“Yaşat” Fondu şəhid övladlarını unutmur

XƏBƏRLƏR
  • İsmayıl Vətən Müharibəsində Xocavənd uğrunda şəhadətə ucalmış və ölümündən sonra 4 medala layiq görülmüş Abbas Salam oğlu Əliyevin yeganə övladıdır. Bu günlərdə “Yaşat” Fondunun əməkdaşları şəhidimizin ailəsini ziyarət edib, İsmayılın təhsil aldığı məktəbə baş çəkiblər.

Qeyd edək ki, şəhidimizin övladı İsmayıl fondun dəstəyi ilə “Kaspi” liseyində təhsil alır. İsmayıl dərs əlaçısıdı, o həm də sosial layihələrdə fəal iştirak edir. Məktəb tərəfindən hər il təşkil edilən “Elm” festifalında İsmayıl öz bacarığı ilə fərqlənir. O, “Yaşat” fondu tərəfindən təşkil edilən yay düşərgələrinin də aktiv iştirakçısına çevrilib.

Mina RƏŞİD

Oxşar xəbərlər