08.09.2024, 07:10
AZ EN
04.11.2023, 15:06 117

Muxtar Babayev: “Ermənistanın ekoloji terrorundan Qarabağ və Şərqi Zəngəzur irimiqyaslı zərər görüb”

XƏBƏRLƏR
  • 30 il həm də təbiətimiz ekoloji soyqırımına məruz qalıb. Ermənilər Qarabağda Kiçik Qafqazın zəngin florasını, palıq, çinarların 500, 100o il yaşayan qiymətli vəsaitlərini məhv ediblər.

“Ermənistanın ekoloji terrorundan Qarabağ və Şərqi Zəngəzur irimiqyaslı zərər görüb”. Bu sözləri Ekologiya və Təbii Sərvətlət naziri Muxtar Babayev Milli Məclisdə “Mina təhlükəsindən hüquqi mübarizə və partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmədə deyib. Nazir işğal dövründə Ermənistanın Azərbaycanın meşə sektoruna qənim kəsildiyini də diqqətə çatdırıb: “İşğal dövründə 54 min hektardan artıq meşə sahəsi məhv olmuşdur. Meşələrin bərpası ilə bağlı  proqram hazırlanıb və meşə-bərpa işlərinin sürətlə aparılması üçün imkanlarımz var. Əlbəttə ki, bu proses Mina təmizləmə planı ilə uzlaşdırılmalıdır. Artıq Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında təmizlənmiş sahələrdə bu işlərə başlanılmışdır. Digər tərəfdən işğaldan azad edilmiş ərazilərdə Meşə fondu torpaqların hüdudların, eləcə də meşələrin növ tərkibinin, yaş qruplarının ehtiyatlarının müəyyən edilməsi məqsədilə invertarlaşma işlərinə zərurət vardır”,- deyə nazir vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər