25.04.2025, 09:29
AZ EN
13.02.2024, 07:26 331

Bu gün bir yaşında qətlə yetirilən Zəhra Quliyevanın doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün erməni vandalizminin qurbanı olan balaca Zəhra Quliyevanın qətlə yetirildiyi gündür. 2017-ci il iyulun 4-də axşam saatlarından Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhali atəşə tutulmağa başladı. Həmin gün düşmənin yaşayış evlərimizin hədəfə alınması nəticəsində sakinlər arasında ölən və yaralananlar olmuşdu. Bu təxribat nəticəsində Füzuli rayonunun Alxanlı kənd sakinləri 2016-cı il təvəllüdlü Zəhra, 1967-ci il təvəllüdlü nənəsi Sahibə Quliyeva ilə birgə qətlə yetirilmişdi. Düşmən hücumunun qurbanlarından olan hələ iki yaşı tamam olmayan körpəyə dəyən qəlpələr o vaxt nəinki Quliyevlər ailəsini, eləcə də bütün azərbaycanlıları hiddətə gətirmişdi...

Qeyd edək ki, Zəhranın anası Sərvinaz Quliyeva da qəlpələrdən yaralanmışdı. Əməliyyatdan sonra evinə dönən ana bircə balasının – Zəhranın faciəsi ilə üzləşmişdi...

1994-cü ildən atəşkəs rejimi elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycana təcavüzü hələ də davam edir və uşaqlar qətlə yetirilirdi. Zəhra qətlə yetiriləndə artıq 32 uşaq erməni terrorunun qurbanı olmuşdu. Onlardan 13-ü həlak olub, 19-u isə müxtəlif dərəcəli xəsarətlər almışdı.

Erməni cəlladları 2011-ci ilin mart ayında snayperdən atəş açaraq Ağdamın sərhəd kəndində 9 yaşlı Fariz Bədəlovu öldürdülər. İyulun 14-də Tovuzun Əlibəyli kəndində Ermənistan xüsusi xidmət orqanlarının oyuncağa quraşdırdığı partlayıcı qurğunun işə düşməsi nəticəsində 13 yaşlı həmyerlimiz Aygün Şahmalıyeva həlak oldu...

O vaxt erməni qatillərinin uşaqlarımıza qarşı törətdikləri qətliamları əbədi yaşatmaq üçün qətl edilmiş uşaqlarımızın xatirəsinə bir memorial kompleks yaradılması təşəbbüsü də irəli sürülmüşdü....

Çünki iyirmi dördüncü il idi ki, atəşkəs rejimi elan olunmuşdu. Lakin dəfələrlə bu akt pozulur, nəticədə mülki şəxslər, uşaqlar yaralanır, qətlə yetirilir, mülki obyektlərə ziyan vurulurdu. Bu vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir. Biz hər hansı bir uşağın istər azərbaycanlı olsun, istərsə də digər millətin nümayəndəsi - müharibədən əziyyət çəkməsinə qarşıyıq. Lakin təəssüflər olsun ki, atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı oldu...

Ermənistanın Vətən Müharibəsi zamanı Azərbaycanın cəbhə xəttindən uzaqda, dinc əhalinin sıx məskunlaşdığı şəhərləri raket atəşinə tutması da ağır terror hadisəsi, cinayət idi. Həmin cinayət nəticəsində 12 azərbaycanlı uşaq həlak oldu. Vətən müharibəsində məğlubiyyətinin heyifini Azərbaycandan almağa çalışan erməni cəlladlarının gücü dinc əhaliyə, uşaqlara çatırdı...

Bu günn erməni terrorunun iç üzü kimi qətlə yetirilən  uşaqların adlarını bir daha diqqətinizə çatdırır və bütün balaca şəhidlərimizin xatirəsini ehtiramla yad edirik. 

Fərid İsgəndərov – 14 yaş , Fidan Qurbanova – 14 yaş , Şəhriyar Qurbanov – 13 yaş, Artur Mayakov – 13 yaş, Mədinə Şahnəzərli – 1 yaş, Məryəm Xəlilli – 6 yaş , Orxan İsmayılzadə - 16 yaş, Nigar Əsgərova – 15 yaş , Nəzrin Əsgərova – 10 ay, Orxan Xəlilli – 11 yaş , Aysu İsgəndərova – 7 yaş , Şahmalı Rəhimov – 13 yaş.

Bu gün gözlərini həyata yenicə açan, addım atmağa çalışan balaca fidanımız - Zəhra balamızın faciəsi ilə yanaşı başımıza gələnləri, digər  körpələrimizin də erməni cəlladları tərəfindən qətlə yetirilməsini bir daha dünyaya bəyan etmək istədik. Uşaqlar günahsızdırlar. Bir körpəni öldürmək bütün bəşəriyyətə silah çəkmək deməkdir.

Dünyanın harasında olursa olsun uşaqlara əl qaldıranlar gec-tez bir gün tarix qarşısında cavab verəcəklər!

Biz isə Ali Baş Komandanımızın dediyi kimi, düşməni torpaqlarımızdan iti qovan kimi qovmaqla sənin də qisasını aldıq, Zəhra balamız, cənnətin mübarək!

Mina RƏŞİD

Oxşar xəbərlər