Qardaş arxalanar daim qardaşa.
Alındı Xocalı, Xankəndi, Şuşa.
O mənfur düşmanı, salıbdır başa,
Ali Komandanın Dəmir yumruğu.
Zərbəmiz düşməni qorxuya saldı,
Qisas da alındı, zəfər də çaldı,
Tarixdə simvolik işarə qaldı,
Ali Komandanın Dəmir yumruğu.
Əzizdir şəhidin məzar daşları,
Unutmaz xalqımın vətəndaşları.
Palçığa döndərdi yekə başları,
Ali Komandanın Dəmir yumruğu.
Yolumuz Öndərin zəfər yoludur,
Bu eldə, bu yurdda igid doludur.
Azərbaycanımın vuran qoludur,
Ali Komandanın Dəmir yumruğu.
Mərdlərə məxsusdur mərdin meydanı,
Sənin tək ikinci şəxsiyyət hanı?!
Tanıtdı dünyaya Azərbaycanı,
Ali Komandanın Dəmir yumruğu.
Faiq ŞUŞALI
Şuşa rayonundan məcburi köçkün,
Bakı, Qaradağ rayonu, “Qopu Park” yaşayış kompleksi.