24.04.2025, 14:05
AZ EN
20.10.2023, 10:48 357

Laçın sakini: Laçında bizi daha gözəl günlər gözləyir...

XƏBƏRLƏR
  • Oktyabrın 20-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb.

Köçürülən ailələr  Laçın şəhərinndə vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra isə dövlətimizin başçısı möhtərəm Prezidentimiz İlham Əliyevin göstərişi əsasında bərpa edilən və  yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Salman Süleymanov Laçın rayonunun Qarakaha kənd sakinidir. İctimia Televiziyanın Laçına köçürülən ailələrlə bağlı hazırladığı sujetdə sevincdən gözyaşlarına boğulan Salman Süleymanovdur. O, Laçın rayonunun Qarakaha kənd sakinidir. Deyir ki, sevincdən danışmağa çətinlik çəkirəm, doğrudan da, bu sevincin həddi-hüdudu yoxdur: “Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Allah onların ailələrinə səbr versin. Qazilərimizə cansağlığı, ordumuza da daim güc-qüvət versin. Azərbaycan Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Məhz onun sayəsində bu gün biz belə bir sevinc hissi yaşayırıq. Allah Prezidentimizə dəyməsin, Onu qorusun. Bu gün nəinki keçmiş məcburi köçkünlərin, bütün Azərbaycan xalqının sevinc, qürur və fəxarətinin səbəbkarı Prezidentimizdir. Məhz Onun rəhbərliyi sayəsində Ordumuz 44 günlük Vətən müharibəsində bütün torpaqlarımızın işğaldan azad olunmasına nail oldular, Şanlı qələbə qazandıq.  Laçından çıxanda 18 yaşım vardı. O günlərin acı xatirələrini danışmaq çox çətindir. Ona görə çətindir ki, o vaxt mən atamla, anamla çıxmışdım Laçından, indi isə onlar həyatda yoxdu, onlarsız qayıdıram Laçına. Kədər qarışıq sevinc hissləri keçirirəm. Valideynlərimin Vətən həsrətiylə dünyadan köçməsi yaddaşımda acı bir xatirə kimi qalsa da, bu günkü günə çox şükür edirəm. Şükür olsun ki, bu gün biz doğma torpağımıza, Laçınımıza  qayıdırıq. Orda bizi daha gözəl günlər gözləyir...”

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər