21.09.2024, 21:20
AZ EN
18.07.2023, 15:35 211

Sabit Bağırov: Ermənistandakı dağ-mədən müəssisələri uzun müddətdir tullantı sularını sərhədyanı çaylara axıdır

XƏBƏRLƏR
  • Ermənistanda olan dağ-mədən müəssisələri uzun müddətdir ki, tullantı sularını sərhədyanı çaylara axıdır.

Bunu Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov deyib.

Sabit Bağırov, Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının Ermənistanın törətdiyi ekoloji fəlakətlə bağlı beynəlxalq ictimaiyyətə müraciət etdiyini xatırladıb.

O, bu proseslərin araşdırılmalısının zəruriliyini vurğulayıb.

Sabit Bağırovun sözlərinə görə, təkcə Oxçuçay, Araz çayları deyil, eyni zamanda, Bərgüşad və Həkəri çayları da Ermənistanın ekoloji terrorizminə məruz qalıb.

“Ermənistanda fəaliyyət göstərən dağ-mədən müəssisələri uzun müddətdir ki, tullantı sularını sərhədyanı çaylara axıdır. Bütün bunlar çox ciddi məsələdir və bunların hamısı araşdırılmalıdır”, - Sabit Bağırov əlavə edib.

O, hətta Ermənistanın qeyri-hökumət təşkilatları belə bununla əlaqədar dəfələrlə məsələ qaldırdıqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, bu gün Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ictimaiyyətə müraciət edib. Müraciətdə Ermənistan Respublikasının dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətə təcili diqqət yetirilməsi tələb olunur. (APA)

Oxşar xəbərlər