31.05.2025, 22:50
AZ EN
30.05.2025, 13:41 207

“YAŞAT” Fondundan şəhid övladlarına beşinci “Hədiyyə karvanı”

XƏBƏRLƏR
  • “YAŞAT” Fondunun təşkilatçılığı ilə beşinci dəfə “Hədiyyə karvanı” layihəsi reallaşdırılır.

Fondun mətbuat xidmətindən bildirilib ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə reallaşdırılan sosial təşəbbüs “NEQSOL Holding”in, “Norm”un və “Bakcell”in tərəfdaşlığı ilə baş tutur.

Layihə çərçivəsində şəhidlərimizin 14 yaşınadək olan övladlarının hər birinə hədiyyə qutusu yaşayış ünvanlarında bilavasitə çatdırılır. Ümumilikdə ölkə üzrə 1700-ə yaxın uşaq əhatə olunacaq. Məqsəd onlara sevinc bəxş etmək və hərtərəfli inkişaflarını dəstəkləməkdir.

Xatırladaq ki, hədiyyə qutularının çatdırılması prosesi davam edir.

Layihənin dəstəkçiləri Abşeron Logistika Mərkəzi, “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası”dır. (AZƏRTAC)

Oxşar xəbərlər