Tədbirdə tanınmış ziyalılar, saz, söz adamları, Qərbi Zəngəzur ictimaiyyət nümayəndələri, Vətənsəsi.az-ın Baş redaktor müavini şair, erməni dili tərcüməçisi Nəsib Qaramanlı, Filologiya üzrə fəlsəfə doktoru, şair Qiymət Məhərrəmli, şair-jurnalist Tahirə Ağamirzə və digər şəxslər iştirak ediblər.
Yubilyarların həyat və fəaliyyətləri haqqında Barana rayon icmasının sədri Osman Hacıyev məlumat verib. Sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli çıxış edərək hər iki yubilyarı təbrik edib və səbəbkarları Qərbi Azərbaycan İcması adından “Fəxri Fərman”la təltif edib. Sonra yubilyarları təbrik etmək üçün akademik Əli İnsanov və digər iştirakçılar çıxış ediblər. Çıxışlar arasında Lalə Əhmədovanın Bilal Ənsərovun sözlərinə yazılmış bəstəsi alqışlarla dinlənilib. Sonra istedadlı gənc aşıq Qabil Abdiyevin ifasında aşıq musiqisi ifa olunub. Eyni zamanda yubileyləri olmuş şərqşünaslıq üzrə elmlər doktoru Kamandar Şərifov, akademiyanın elmi işçisi Mirzə Ənsər və Yuxarı Körpülü kənd icmasının sədri Vidadi Avdıyev təbrik olunublar və Barana rayon icmasının “Təşəkkürnamə”si ilə təltif ediliblər. Yekunda Barana rayon icmasının sədri Osman Hacıyev və yubilyar Bilal Ənsərov təşkilatçılara və iştirakçılara öz təşəkkürlərini bildiriblər.
Sonra Bilal Ənsər 90 illik yubilryinə həsr etdiyi yenicə işıq üzü görmüş "Yaşamaq şirindir, ayrılmaq acı" kitabını qonaqlarına hədiyyə edib.
Günel QULİYEVA