Bu sözləri doğma yurduna qayıdan Laçın sakini İbrahim Məmmədov söyləyib.
O, şəhidlərimizin, yaralılarımızın sayəsində torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayıb.
"Laçından ayrılanda 25 yaşım var idi, bu gün 56 yaşımda qürurla öz yurduma geri dönürəm. Aradan keçən bu illər ərzində çox əziyyətlər çəksək də, torpaqlarımızın işğaldan azad edilməsi yaralarımıza məlhəm oldu",- deyə İ. Məmməd əlavə edib. (AZƏRTAC)