24.04.2025, 18:31
AZ EN
14.07.2023, 14:42 365

Azərbaycanda dörd yeni medal təsis edilir

XƏBƏRLƏR
  • Azərbaycanda dörd yeni medal təsis edilir.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə aparılıb.

Belə ki, iclasda aşağıdakı medalların təsis edilməsi müzakirə edilib:

“Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)”, “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)”, “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)”, “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)” yubiley medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanunun layihələri səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xatırladaq ki, bu gün Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçirilir. İclasın gündəliyinə 19 məsələ daxildir. (Trend)

Oxşar xəbərlər