Azərbaycanın da qarşısında duran mühüm vəzifələrdən biri məhz qlobal informasiya məkanında layiqli yer tutması və inteqrasiyası idi. Ölkəmiz haqqında dünyaya dolğun məlumatların çatdırılmasında xüsusi rola malik olan bu sahəyə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə təsdiqlənən "İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya" qarşıya qoyulan məqsədlərə çatmaq üçün geniş yollar açdı. Milli strategiya rabitə və informasiya texnologiyaları sahəsində kompleks tədbirlərin həyata keçirilməsində, bu sahənin qanunvericilik bazasının gücləndirilməsində əhəmiyyətli rol oynadı.
Ölkə başçısı Prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına önəm verərək, dövlət proqramları və zəruri islahatları həyata keçirməyə başladı. Həyata keçirilən dövlət siyasətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərən "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında ölkə başçısının məlum Sərəncamı milli strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi, respublikanın informasiya cəmiyyətinə keçidinin təmin edilməsi baxımından əhəmiyyətli rol oynadı. Görülən işlərin məntiqi olaraq, artıq ölkəmizdə elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb.
Mina RƏŞİD