- Zəngilan rayon İcra hakimiyyəti başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu Abşeron rayonunun Xırdalan şəhərində məskunlaşan zəngilanlı sakinlərlə keçirilib. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak ediblər.
Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənilib. Onları narahat edən problemlərin bir çoxu yerindəcə həll edilib, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürülərək aidiyyəti üzrə müraciət olunacağı bildirilib.
Hazırladı: Mina RƏŞİD