Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti işğaldan azad olunmuş Füzuli və Ağdam rayonlarında yenidənqurma tədbirləri çərçivəsindən bərpa-tikinti işlərinin satın alınmasına dair dair daha iki tenderin nəticələrinin elan edib.
"Vətən səsi" xəbər verir ki, bunlardan biri “Füzuli rayonunun Dövlətyarlı kəndi ərazisində “Ağıllı kənd” layihəsinin 1-ci mərhələsi üzrə qalıq torpaq həcmlərinin şaquli planlaşdırma işlərinin satın alınmasını nəzərdə tutur. Tenderin nəticələrinə uyğun olaraq qalib şirkətə 936 min 86 manat ödəniləcək.
İkinci tender isə Ağdam şəhərində 3-cü faza üzrə yaşayış məhəllələrinin tikinti layihəsi çərçivəsində söküntü işlərinin satin alınması haqqındadır. Tenderin qalibi “Real-İnşaat” MMC olub. Müqaviləyə əsasən, Ağdamda həyata keçiriləcək həmin işlərə görə qalib şirkətə 1 milyon 101 min 270 manat ödəniləcək.
Elxan SALAHOV