Rövsən 6 noyabr 1958-ci ildə Xocalı səhərində anadan olmuşdu, burada orta təhsil almış, sonra isə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmuş, mühəndis-energetik ixtisasına yiyələnmişdi. Gənc mühəndis Xocalı Şəhər Mənzil-İstismar Sahəsinə rəhbərlik edirdi. Doğma şəhəri erməni silahlılarının hədəfində olduğundan o da könüllü müdafiə dəstəsi yaratmışdı.
Rövşən Həsənov 1992-ci il fevralın 26-da Xocalı şəhəri uğrunda gedən döyuslərdə qəhrəmancasına həlak olub. Ulu Öndər Heydər Əliyev 1997-ci ildə onu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edib.
"Dəmir Yumruq" İctimai Birliyinin Sabuncu rayon filialinin sədri Lutfiyyə Baxsəliyeva anım tədbirində cıxış edərək qəhrəman şəhidin həyat yolu haqqında danışıb, torpaqlarımızın azadlığı uğrunda canını qurban verən igidlərimizə Allahdan rəhmət diləyib, onlarin əziz xatirəsini daim əziz tutacaqlarını bildirib. O, 44 gunluk Vətən Muharibəsində və lokal antiterror əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edildiyini qeyd edərək, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Xocalının qisasını döyüş meydanında aldlğını vurğulayıb, hazırda Xocalı sakinlərinin doğma yurda qayıtmasını möhtəşəm Zəfərin mühüm nailiyyəti kimi dəyərləndirib.
Anım tədbirində şəhidin yaxınları və döyusçu yoldaslari istirak ediblər.