Azərbaycan Ordusunun əsgəri Sübhan Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Füzuli, Cəbrayıl, Laçın, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. Sübhan Əzizov noyabrın 6-də Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz noyabrın 7-də doğma Salyan rayonunun Dayıkənd kəndində böyük izdihamla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Sübhan Əzizov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Sübhan balamız!
Mina RƏŞİD