Şirkətin sosial media hesablarında paylaşılan videoçarxda bu sözlər öz əksini tapıb: “8 noyabr 2020-ci il tarixində əldə edilən Qarabağ Zəfəri ilə Azərbaycan torpaqlarının göz bəbəyi, mədəniyyət paytaxtı Şuşanı işğaldan azad edərkən sadəcə bir şəhəri deyil, ortaq musiqimizi, sənətimizi, mədəniyyətimizi də geri aldıq. Qarabağ Zəfərinin ikinci ildönümü mübarək olsun. (AZƏRTAC)