İşğal dövründə ermənilər tərəfindən 40-dan çox abidəmiz yer üzündən slinib Bu illər ərzində Qarabağ və Şərqi Zəngəzurda toponimlərin adı dəyişdirilib, mədəni tarixi irsimiz qanunsuz istismar edilib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva:
-40-dan çox abidələrimiz artıq yoxdur. Digər abidələrimizi bir neçə qrupa bölmüşük. Qəzalı vəziyyətdə olanlar, mövcud olanlar, kifayət qədər yaxşı vəziyyətdə günümüzə çatmış abidələr, çox dağılmış abidələr, qismən qəzalı vəziyyətə düşmüş abidələr. Hər rayon üzrə belə statistikalarımız var.
Mütəxəssislər bildirir ki, ermənilər azərbaycanlıların bu ərazilərdən izlərini tamamilə itirmək üçün belə bir yol seçiblər.
Ekspert Faiq İsmayılov:
-Memarlıq elementlərinin mövcudluğu həm daxili interyerdə, həm xarici interyerdə abidələrin kimlər tərəfindən tikildiyi və ya abidələrin məqsədlə tikildiyi, hansı tayfa tərəfindən tikildiyi, yəni bu abidələrin üzərindən oxumaqa olur. Bu izləri itirmək üçün ermənilər bu abidələrin bir çoxunun yəni içəridəki divar daşlarındakı yazıları və ya parametrləri dəyişdirməyə nail olsalar da, daha qədim memarlıq nümunələrimizin yəni bu dəyişdirməsi mümkün olmamışdır. Yəni bu da o abidələrin məhv edilməsi, uçurdulmasına səbəb olmuşdur. 150-yə qədər abidə ermənilər tərəfindən formaları dəyişdirilmiş faktları bizim əlimizdə var. Bu da çox ciddi sübutdur. Ümumilikdə götürəndə bizim tərəfimizdən işğaldan azad olunmuş ərazilərdə 2645 tarixi mədəniyyət abidələri qeydə almışıq. Bu abidələr 1814-ü memarlıq abidəsi, 749-u arxieloji abidə və 64-ü monimental heykəltaraşlıq nümunələridi.
Artıq 430-dan çox abidəyə baxış keçirilib. Vandallığa məruz qalan sayca daha çox abidəmiz Xocalı, Xocavənd, Laçın və Kəlbəcər ərazilərinə düşür.
Dağıdılan, yer üzündən silinən abidələrin bərpası və yenidən qurulmasına gəlincə, Səbinə Hacıyeva bildirib ki, müxtəlif ölkələrdə ümumiyyətlə, müsir bərpa abidələrin qorunması sahəsində belə bir yanaşma var ki, bir zaman bu abidə ya münaqişə zamanı, ya hansısa təbi fəlakət zamanı birbaşa dağılıbsa, belə bir yanaşma var ki, əgər bu abidənin arxivdə cizgiləri, şəkilləri və s. Varsa, biz abidəni yenidən tikə bilərik.
Bərpası mümkün olmayan abidələr isə xüsusi nəzarət altında olduğu kimi saxlanılacaq.
Hazırladı: Tahirə AĞAMİRZƏ