Rayon rəhbəri Prezident İlham Əliyev tərəfindən ölkəmizin daha da güclənməsi, ərazi bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlərdən geniş söhbət açıb. Ölkə başçısının rəhbərliyi ilə bütün ərazilərdə olduğu kimi işğaldan azad olunmuş Cəbrayıl rayonunda da geniş abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edən RİH başçısı sakinlərin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.
İcra başçısı sakinlərin problemləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərə müvafiq tapşırıqlar verib, qəbulun gedişində sakinləri maraqlandıran digər məsələlərlə bağlı sualları cavablandırıb.
Hazırladı: Mina RƏŞİD