Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri ilə bağlı növbəti tender elan edir.
"Vətən səsi" xəbər verir ki, budəfəki tenderdə Ağdam şəhəri, 1-ci faza üzrə məcburi köçkünlər üçün orta mərtəbəli və çoxfunksiyalı yaşayış kompleksinin tikintisi” layihəsi çərçivəsində şaquli planlaşdırma və söküntü işlərinin satın alınması nəzərdə tutulur. Layihə üzrə müsabiqədə iştirak haqqı 600 manat təşkil edir. İddiaçı şirkətlər tələb olunan sənədlərin noyabrın 3-dək Ağdam şəhərində yerləşən komissiyaya təqdim etməlidir.
Bundan başqa, “Ağdam şəhəri, 5-ci faza üzrə məcburi köçkünlər üçün orta mərtəbəli və çoxfunksiyalı yaşayış kompleksinin tikintisi” layihəsinə də start verilir. Belə ki, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla da bağlı açıq tender keçirir. Tenderlə bağlı bütün şərtlər və qaydalar əvvəlki elanda göstərilənlərlə demək olar ki, eynidir.
Elxan SALAHOV