21.05.2024, 10:01
AZ EN
28.12.2023, 07:51 259

Laçın sakini: “31 illik həsrətə son qoyuldu”

XƏBƏRLƏR
  • “31 illik həsrətə son qoyuldu. Ailə üzvlərimlə birgə vətənimə, öz evimə gedirəm”.

Bu sözləri Laçına qayıdan şəhər sakini Nəcəfov Kamil söyləyib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşməni məğlub edərək torpaqlarımızı işğaldan azad etdiyini xatırladan keçmiş məcburi köçkün doğma elinə-obasına qayıtdığı üçün sevincinin hədsiz olduğunu diqqətə çatdırıb:

“Bu günü biz bəxş edən Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. Torpaqlarımızın azadlığı uğrunda canını qurban verən şəhidlərimizə rəhmət diləyir, yaralananlara isə cansağlığı arzulayıram. 38 yaşında çıxıb, 71 yaşında qayıdıram.

Laçında gözəl təmir edilən dördotaqlı evim var. Hər cür şərait yaradıblar. Bundan sonra gedib kresloda əyləşib rahat yaşaya bilərəm”. (Report)

Oxşar xəbərlər