Qəbula gələn vətəndaşların müraciətləri rayon İcra Hakimiyyəti başçısı tərəfindən dinlənilib. Hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq onların problemlərinin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib.
Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr səyyar qəbul keçirilən məcburi köçkün məktəbinin həyətində Vətən Müharibəsi şəhidi Paşayev Elsevər Vaqif oğlunun ucaldılmış abidəsini ziyarət edib və üzərinə gül dəstələri düzüblər.
Mina RƏŞİD