08.09.2024, 07:24
AZ EN
22.12.2023, 07:17 260

Zabux sakini: “Təkcə yurduma deyil, həm də uşaqlıq illərimə qayıdıram”

XƏBƏRLƏR
  • “Təkcə yurduma deyil, həm də uşaqlıq illərimə qayıdıram”.

Bu sözləri Laçın rayonunun Zabux kəndinin sakini, keçmiş məcburi köçkün Asif Zülfüqarov deyib.

O, sevinc hisslərini açıq büruzə verib:

“Hislərimi sözlə ifadə etməyə çətinlik çəkirəm. Bu hissi ancaq yaşayanlar bilər. Elə bir sevinc içindəyəm ki, hislərimi təsvir edə bilmirəm.

Mən Zabuxu tərk edəndə 30 yaşım vardı, nisbətən gənc idim. Amma indi 61 yaşımda təkcə yurduma deyil, həm də uşaqlıq illərimə qayıdıram. Bunu yaşayanlar hiss edə bilər”.

“Allah bütün şəhidlətimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Biz hər zaman cənab Prezidetimizin ətrafında birləşmişik. İnşallah digər rayonlarımızın da bütün sakinləri geri qayıdar”, - keçmiş məcburi köçkün əlavə edib.

“Mən rabitəçiyəm. Orda da işlə təmin olunacağam. Laçına gedənlərin hamısı işlə təmin olunub. Bizim üçün gözəl, rahat evlər tikiblər. Bundan yaxşı nə ola bilər”, - Asif Zülfüqarov deyib. (Report)

Oxşar xəbərlər