Tanınmış müğənnilər, animatorlar, Şaxta Baba, Qar qız və digər maraqlı personajların iştirakı ilə keçirilən şənlik azyaşlı şəhid övladları tərəfindən maraqla qarşılanıb. Yeni il şənliyi uşaqlara xoş əhvali-ruhiyyə və bayram ovqatı bəxş edib, onlara əyləncəli anlar yaşadıb.
Tədbirin sonunda uşaqlara hədiyyələr paylanıb.
“Zəfər” İctimai Birliyi tədbirin təşkilində onlara dəstək olan “Konak Baku” restoranının rəhbərliyinə təşəkkürünü bildirib.
Hazırladı: Mina RƏŞİD