24.04.2025, 14:25
AZ EN
30.11.2023, 09:54 160

Zəngilan RİH-in başçısı Abşeron rayonunda səyyar qəbul keçirib

XƏBƏRLƏR
  • Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində məskunlaşan Zəngilan sakinləri ilə keçirilib. 

Səyyar görüş-qəbulda Zəngilan RİH-in başçısı Ramiz Həsənov əvvəlcə  Prezident İlham Əliyevin  ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Vətəndaşların müraciətləri dinlənildikdən sonra onları narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapıb, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürülüb. Bir neçə müraciətlərlə bağlı vətəndaşlara ətraflı izahat verilib, digərlərinin isə araşdırılaraq qanunamüvafiq qaydada həlli üçün aidiyyəti qurumlara müraciət olunacağı bildirilib.

Müraciətlər əsasən sosial-həssas qrupdan olan sakinlərə maddi köməklik olunması, sənədlərin alınması və Zəngilan rayonunda işlə təminatla bağlı olub.

Sonda rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Mina RƏŞİD

Oxşar xəbərlər