22.11.2024, 18:42
AZ EN
27.05.2024, 14:07 283

Onun kitablarının əsas mövzusu Qarabağdır

XƏBƏRLƏR
  • “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyində Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, professor Namiq Əliyevin kitablarının təqdimatı keçirilib. 

Mərasimdə “Tərxis Olunmuş Hərb­çilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Namiq Əli­yevin ordu quruculuğunda, xidmət ni­zamnamələrinin hazırlanmasında fəal iştirakını vurğulayıb. Namiq müəllimin Gürcüstanda və Moldovada ölkəmizin səfiri olarkən hər zaman Azərbaycanı yüksək səviyyədə təmsil etdiyi xatırlanıb. Onun beynəlxalq münasibətlər və xari­ci siyasət haqqında kitablarından ətraflı bəhs olunub. 

Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev çıxışı zamanı qeyd edib ki, həmin kitablar təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də nümayiş və təbliğ edilməli­dir. Çünki bu çalışmalarda həm hüquqi aspektlər, həm də tarixi faktlar öz əksini tapıb. Fəlsəfə doktoru, politoloq İlqar Və­lizadə, onun həmkarı Zaur Məmmədov, ehtiyatda olan zabitlər Həsən Əmirov, Şura Musayev, Bəhram Şeydayev, İlham Qaibzadə və Anar Məmmədov kitablar və müəllif haqqında fikirlərini bölüşüblər.

Namiq Əliyev çıxışlara görə minnət­darlıq edərək bildirib ki, Qarabağ möv­zusu ilə bağlı 40-dan artıq kitab təqdim olunub. Onların arasında 17 ölkədə 13 dildə çap olunanları da var və hər biri

Azərbaycan həqiqətlərini əks etdirir. 

Tədbirin sonunda professor Namiq Əliyevə “Azərbaycan Qarabağ Müharibə­si Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin, eləcə də “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin mükafatları təqdim edilib. 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər