23.12.2024, 00:23
AZ EN
18.09.2023, 17:34 329

Milli Musiqi Günü Böyük Mərcanlı kənd Uşaq İncəsənət məktəbində qeyd edilib

XƏBƏRLƏR
  • Bu gün Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının növbəti ildönümü və Milli Musiqi Günü ilə əlaqədar Böyük Mərcanlı kənd Uşaq İncəsənət məktəbində bayram tədbiri keçirilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Bayram tədbirində çıxış edənlər müəllim və şagirdləri Milli Musiqi Günü ilə bağlı təbrik edərək Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən söhbət açıblar. Natiqlər qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Fərmanla dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü hər il Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə keçirilən Respublika Uşaq İncəsənət Festivalının final mərhələsinin iştirakçıları Böyük Mərcanlı kənd Uşaq İncəsənət məktəbinin Fəxri Fərmanı ilə təltif ediliblər.

Tədbir musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında konsert proqramı ilə başa çatıb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər