Bu sözləri Vətən müharibəsi qazisi, üçüncü qrup əlil Eldar Eynalov deyib.
O, sentyabrın 27-də müharibənin ilk günündən döyüşə qoşulanlardan olub. Ermənilərin işğal etdiyi Füzuli rayonun kəndlərində qurulan keçilməz səngərlərdə üç gün ölüm-dirim savaşı aparıb.
“Sentyabrın 30-da idarə etdiyim hərbi texnika düşmən əsgərlərinin atəşinə tuş gəldi, çoxlu qəlpə yaraları və kontuziya aldım. Həmin hadisədən sonra məni döyüş meydanından təxliyə edərək müalicə almağa apardılar. Bir neçə gün müalicə olunduqdan sonra yenidən döyüş meydanına qayıtdım. Füzulidə İlanlı dağ yüksəkliyi, Xocavəndin kəndləri və Hadrut uğrunda döyüşlərdə iştirak etmişəm. Çox şükür ki, axıtdığımız qan, çəkdiyimzi zəhmət, Vətən torpağının düşmən yaraqlılarından təmzilənməsi üçün üzləşdiyimiz məhrumiyyətlər əvəzsiz qalmadı. Biz öz əzəli və əbədi torpağımıza sahib olduq. Xalqımızı həmin sınaq günlərində çox böyük birlik və dəyanət nümunəsi göstərdi. Hər kəs Müzəffər Ali Baş Komandanın, Prezident İlham Əliyevin rəhbərliyi ilə hərb tariximizə şanlı Zəfər yazan qəhrəman Milli Ordunun qələbəsi üçün mümkün olan hər şeyi etdi. Görünür ki, bu amil də qələbənin qazanılmasında mühüm rol oynadı. Bizim qələbə qazanmağa haqqımız var idi”, - deyə gizir Eldar Eynalov deyib.
Qeyd edək ki, o, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmnasına görə”, “Hərbi xidmətlərə görə" və "Şücaətə görə" medalları ilə təltif olunub. (AZƏRTAC)