09.06.2025, 16:57
AZ EN
04.06.2024, 09:12 351

Cəbrayılda yaş barama tədarükünə başlanılıb

XƏBƏRLƏR
  • Respublikamızın hər yerində olduğu kimi, Cəbrayıl rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm işlər görülür. İpəkçiliyin müasir infrastrukturu yaradılır.

Bu il artıq yeddinci ildir ki, rayonda ipəkqurdu bəslənilir. Cari ilin barama mövsümü üçün kümçülər tərəfindən 5 tona yaxın yaş baramanın istehsalı nəzərdə tutulub. 2024-cü il iyunun 3-dən artıq yaş barama tədarükünə başlanılıb və 21 kümçü tərəfindən “AZƏRİPƏK” MMC-yə 1387 kq yaş barama təhvil verilib. Hazırda yaş barama tədarükü davam etdirilir.
Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər