20.10.2024, 01:27
AZ EN
22.07.2023, 09:31 146

Şükürlər olsun bugünkü günə - Laçına qayıdan sakin

XƏBƏRLƏR
  • Laçından çıxanda 14 yaşım var idi. İndi 45 yaşım var. 31 il bundan qabaq olub bu hadisə. Şükürlər olsun bugünkü günə.

Bunu bu gün öz doğma yurd-yuvasına qayıdan növbəti Laçın sakini Xəlilov Fariz Ramiz oğlu deyib.

O bitən yurd həsrətini, öz evinə qayıdışını bu ifadələrlə çatdırıb:

"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizin canını sağ eləsin, Dövlətimiz var olsun. Kimlər bu işdə əziyyət çəkib, Allah onun köməyi olsun. Xüsusi Təyinatlılarımız daxil olmaqla Allah hamısından razı olsun ki, bu xoş hissi bizə yaşatdılar".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün - iyulun 22-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 22 ailə - 79 nəfər köçürülüb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. (Trend)

Oxşar xəbərlər