23.12.2024, 02:58
AZ EN
17.07.2023, 16:01 203

Professor: Qərbi azərbaycanlıların doğma torpaqlarına qaytarılması sülhə mühüm töhfə ola bilər

XƏBƏRLƏR
  • Azərbaycanlıların ata-baba torpaqlarından - indiki Ermənistan ərazisindən sonuncu deportasiyasından sonra mətbuatda və elmi nəşrlərdə “Qərbi Azərbaycan” ifadəsindən istifadə edilməyə başlanıldı. Ancaq “Qərbi Azərbaycan” və “Qərbi azərbaycanlılar” ifadələrinin siyasi leksikona daxil edilməsi, siyasi, elmi və publisistik ədəbiyyatlarda geniş işlənilməsi Prezident İlham Əliyevin bu sahədəki yorulmaz fəaliyyəti ilə bağlıdır. Qərbi Azərbaycan İcmasının yaradılması ilə “Qərbi Azərbaycan” ifadəsi yeni məzmun kəsb etdi.

2022-ci il dekabrın 24-də dövlətimizin başçısı Qərbi Azərbaycan İcmasının binasında bir qrup ziyalı ilə görüşündə deyib: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.

Bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universitetin İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini Fərrux Rüstəmov söyləyib.

F.Rüstəmov bildirib ki, son 6 ay ərzində Qərbi Azərbaycan İcmasının və ayrı-ayrı dövlət qurumlarının apardığı məqsədyönlü iş, Qayıdış Konsepsiyasının dörd dəfə BMT sənədi kimi yayılması, nüfuzlu beynəlxalq təşkilatlarla (UNESCO, Aİ) yazışmalar, onlardan alınan cavablar yaxın illərdə müvafiq konsepsiyanın reallaşacağından xəbər verir. Qərbi Azərbaycan İcmasının beynəlxalq istiqamətdə fəaliyyətinin əsas məğzi soydaşlarımızın doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasına beynəlxalq təşkilatlar və sülhpərvər insanlar tərəfindən dəstək verilməsini təmin etməkdir. İyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Paşinyanın iştirakı ilə keçirilən növbəti görüşdə Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların öz doğma torpaqlarına qaytarılması məsələsinin müzakirə predmetinə çevrilməsi 44 günlük Vətən müharibəsindəki hərbi uğurumuzun davamıdır. Bu, çox mühüm diplomatik uğurdur. Qərbi Azərbaycana qayıtmaqla bağlı Azərbaycan Prezidenti tərəfindən səsləndirilən ideyaların reallaşması istiqamətində irəliyə doğru atılan mühüm bir addımdır. İlk baxışda reallaşdırılması mümkünsüz görünən hər bir işin başlanğıcı sağlam və gələcəyə hədəflənən ideyadan başlanır. Üçtərəfli görüşdə Qərbi azərbaycanlıların doğma torpaqlarına qaytarılması məsələsinin ilk dəfə beynəlxalq səviyyədə, ölkə başçıları səviyyəsində müzakirəyə çıxarılması həm də müharibə şəraitində yaşayan hər iki xalq üçün qarşılıqlı etimad nümunəsi ola bilər. (AZƏRTAC)

Oxşar xəbərlər