2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində MAXE əsgər Elcan Rəhimli döyüşlərə qatılaraq torpaqlarımızın azadlığı uğrunda mərdliklə vuruşub və şücaətlər göstərib. İgid əsgər oktyabr ayının 18-də Suqovuşan istiqamətində gedən qanlı döyüşlərdən birində qəhrəmancasına şəhadətə yüksəlib.
Şəhidimizin nəşi iki gün sonra - oktyabrın 20-də tapılaraq doğma Bərdə rayonunun Alpout kənd qəbiristanlığında böyük izdihamla dəfn olunub.
Elcan Rəhimli ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Qeyd edək ki, Elcanın dayısı İlham Soltan oğlu Abdullayev Birinci Qarabağ Müharibəsinin şəhididir. Onun əmisi Elxan Rəhimov da Birinci Qarabağ Müharibəsinin iştirakçısı və qazisidir.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD