23.11.2024, 04:02
AZ EN
25.06.2023, 12:11 353

Ekspert: “Azad edilmiş ərazilərdə bərpa işləri sürətləndirilməlidir”

XƏBƏRLƏR
  • Zəfər mühasiribəsindən sonra Qarabağ və Şərqi Zəngəzur bölgəsində bərpa və quruculuq işləri geniş vüsət alıb. Qırx dörd günlük müharibədən cəmi 2 il 8 ay ötməsinə baxmayaraq, artıq Zəngilan rayonunun yenidən salınmış Ağalı, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə bir qrup məcburi köçkün ailəsinin qayıdışı təmin edilib. Hazırda adıçəkilən ərazilərdə və işğaldan azad edilmiş digər ərazilərdə quruculuq işləri, o cümlədən yeni yaşayış binalarının, fərdi evlərin tikintisi sürətlə davam edir. Bərpa və quruculuq işlərinin nəticəsi kimi ilin sonunadək əlavə olaraq yüzlərlə məcburi köçkünün doğma yurduna qayıdacağı gözlənilir. 2026-cı ilin sonunadək isə işğaldan azad olunmuş ərazilərə köçürüləcək ailələrin sayının 34 min 500-ə çatdırılması planlaşdırılıb.

Qarabağda tikinti-quruculuq işlərinin geniş vüsət alması fonunda doğma yurduna qayıdan keçmiş məcburi köçkünlərin indiyədək müvəqqəti yaşadıqları evlərin taleyinin necə olacağı da son günlərin ən çox müzakirə olunan mövzularındandır. İctimai rəydəki ümumi fikir bundan ibarətdir ki, doğma yurd-yuvasına köçürülmüş ailələrin indiyədək yaşadığı mənzillər “Böyük qayıdış” proqramının son mərhələsində köçürülməsi nəzərdə tutulan və hazırda daha ağır şəraitdə yaşayan məcburi köçkünlərin istifadəsinə verilməlidir. Hər zaman sosial siyasətində məcburi köçkün probleminə həssas yanaşan, onların mənzil-məişət şəraitini diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev də bu mövqedən çıxış edir.

Bəs, Qarabağa qayıdışla bağlı indiyə qədər boşaldılmış mənzillərin sayı nə qədərdir? Həmin mənzillər daha ağır şəraitdə yaşayan məcburi köçkün ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına nə dərəcədə kömək edəcək?

150-yə yaxın ailə doğma yurduna köçürülüb

Bəri başdan deyək ki, “Böyük qayıdış” proqramına uyğun olaraq, indiyədək işğaldan azad edilmiş ərazilərə 150-yə yaxın ailə köçürülüb. Təkcə Zəngilan rayonunun Ağalı kəndinə köçürülən keçmiş məcburi köçkün ailələrin sayı 86-dır. Ötən il iyunun 19-dan başlanan və bir neçə mərhələdə həyata keçirilən köçürülmədən sonra indiyədək 420 nəfər Ağalı sakini öz yurduna qayıdaraq hər cür şəraiti olan mənzillərlə təmin edilib. Həmin ailələrin əksəriyyəti indiyədək dövlət vəsaiti hesabına tikilmiş evlərdə və qismən ağır şəraitdə yaşamış keçmiş məcburi köçkünlərdir. Bu il Novruz bayramı ərəfəsində Tərtər rayonunun Talış kəndinə köçürülən 20 ailə isə indiyədək Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayanlar olub. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bu ilin mayında yaydığı məlumata əsasən, 1993-2020-ci illər ərzində əhalinin bu həssas təbəqəsi üçün respublikanın 30-dan çox şəhər və rayonunda 116 yeni yaşayış zonaları yaradılıb. Fərdi evlərdən, çoxmənzilli binalardan ibarət qəsəbə və yaşayış komplekləri Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına inşa edilib. Bütün sosial-texniki infrastruktura malik bu tip qəsəbələrdə mənzillə təmin olunanların sayı isə 320 min nəfərdən bir qədər çoxdur.

Nəzərə alsaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdundan didərgin salınmış azərbaycanlıların sayı 1 milyon nəfərə yaxın olub, onda mənzil-məişət şəraiti yaxşılaşdırılmış məcburi köçkünlərin sayı bu təbəqədən olan əhalinin cəmi 32 faizini təşkil edir. Deməli, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olan məcburi köçkünlərin sayı daha çoxdur.

320 min mənzil nə vaxt boşalacaq?

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanı hesab edir ki, Qarabağa qayıdışla bağlı indiyə qədər boşaldılmış mənzillərin sayı çox azdır və bu, daha ağır şəraitdə yaşayan məcburi köçkünlərin yalnız kiçik bir qisminin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına kömək edə bilər. Üstəlik, bərpa və quruculuq işlərindən sonra doğma yurduna köçürülən ailələrin bir qismi indiyədək qəzalı binalarda, yarımçıq tikililərdə yaşayan və mənzil-məişət şəraiti ağır olan məcburi köçkünlərdir: “Əgər dövlət vəsaiti hesabına tikilmiş evlərdə 320 min nəfər yaşayırsa, bu, məcburi köçkün vətəndaşların ümumi sayına nəzərən çox kiçik rəqəmdir. Bu, o deməkdir ki, mənzil şəraiti çətin olan ailələrin sayı daha çoxdur. Ona görə də mərhələli şəkildə davam edən köçürülmə nəticəsində başqalan mənzillərin daha ağır şəraitdə yaşayan məcburi köçkünlərin ehtiyaclarını qarşılaya biləcəyi real görünmür. dövlət vəsaiti hesabına salınmış qəsəbələrdə və yaşayış komplekslərində mənzillə təmin olunanların sayı məcburi köçünlərin

Ekspert bildirir ki, bu problemin həlli işğaldan azad edilmiş ərazilərdə pərpa və yenidənqurma işlərinin gedişindən asılıdır: “Dövlət vəsaiti hesabına Bakıda və regionlarda tikilmiş qəsəbələrdəki evlərin nə vaxt başaldılacağı da, yarımçıq tikililərdə, yataqxanalarında, uçuq-sökük binalar məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da bundan asılıdır. Ona görə də əsas diqqət işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsinə yönəldilməlidir”.

Elxan Salahov

Oxşar xəbərlər