15.09.2025, 12:48
AZ EN
15.09.2025, 09:23 44

“YAŞAT” Fondu tələbə adını qazanan şəhidlərin ailə üzvlərinə və müharibə əlillərinə mükafat təqdim edəcək

XƏBƏRLƏR
  • “YAŞAT” Fondu tərəfindən ali təhsil müəssisəsinə qəbul olunan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə 2000 AZN məbləğində pul mükafatı təqdim ediləcək.

Bu barədə Fondun məlumatında bildirilib.

Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə  Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev 2025–2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailəsi üzvləri ilə görüş keçirib.

İlk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və müharibə əlilləri mükafatla bağlı ətraflı məlumatı “YAŞAT” Fondunun 8110 Çağrı Mərkəzi vasitəsilə əldə edə bilərlər.

Mükafat üçün isə DİM vasitəsilə yerli universitetlərə qəbul olmuş və ya dünyanın ən yaxşı TOP 1000 beynəlxalq universitetlərinə daxil olan tələbələr müraciət edə bilərlər.

Müraciətlərin qəbulu üçün son tarix 31 oktyabr 2025-ci ildir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər